DÜNYA


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası 15 illik yubileyini qeyd edir

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 15 illik yubileyini qeyd edir.

AKP 15 il əvvəl, 2001-ci il avqustun 14-də Türkiyənin siyasi həyatına daxil olub. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yaradılan partiya həmin tarixdən 15 ay sonra - 2002-ci il noyabrın 3-də parlament seçkilərində iştirak edib və qalib gəlib. Ötən 15 ildə bu partiya Türkiyə siyasətinə möhürünü vurub.

Anadolu agentliyinin məlumatına görə, partiyanın yaranmasının 15-ci ildönümü tədbirləri çərçivəsində onun qurucusu Prezident Rəcəb Tayyib Ərdoğanın və hazırkı sədri, Baş nazir Binəli Yıldırımın fotoşəkillərinin əks olunduğu xüsusi xatirə pulu hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.