DÜNYA


Türkiyənin iqtidar və əsas müxalifət partiyalarının sədrləri görüşüblər

A+ A

İstanbul, 19 iyul, AZƏRTAC 

Ankarada Türkiyənin Baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun görüşü olub. Siyasi partiyaların liderləri iyulun 15-də Türkiyədə baş tutmayan dövlət çevrilişindən sonrakı vəziyyəti müzakirə ediblər.

Sonra partiya sədrləri birgə brifinq keçiriblər.

Ölkədə vəziyyətin normal məcrada davam etməsinə səy göstərməyi vəzifə borcu kimi dəyərləndirən K.Kılıçdaroğlu bildirib ki, sabitliyin qorunması demokratik qüvvələrin marağına uyğundur.

İyulun 15-də baş tutmayan dövlət çevrilişinin qarşısının alınmasında siyasi partiyaların verdiyi dəstəyin böyük əhəmiyyət daşıdığını deyən Baş nazir B.Yıldırım tutduğu ədalətli mövqeyə görə CHP-yə təşəkkürünü ifadə edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.