İDMAN


Türkiyənin kişi tennisçiləri qrupda birinci yerə çıxıblar

Bakı, 14 may, Elvin Camalov, AZƏRTAC

Mayın 14-də Türkiyə tennisçiləri “Bakı-2017”də növbəti qələbə qazanıblar.

AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət Türkiyə komandasının Özbəkistanla qarşılaşmasında qardaş ölkə təmsilçiləri iki fərdi oyunda rəqib komandanı üstələyiblər. Cütlüklər arasında baş tutan oyun da Türkiyənin xeyrinə nəticələnib. Beləliklə, qarşılaşma türkiyəli tennisçilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində Türkiyənin kişi tennisçiləri “A” qrupunda birinci pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.