MƏDƏNİYYƏT
Türkiyənin mədəniyyət və turizm naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 23-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə tər çiçəklər düzüb.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə güllər qoyulub.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən oğullarının və qızlarının xatirəsini yad ediblər.
Nazir Ömər Çelik və nümayəndə heyətinin üzvləri türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, önünə çiçəklər düzüblər.