SİYASƏT


Türkiyənin mədəniyyət və turizm naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

A+ A

Bakı, 27 sentyabr, Flora Şükürova, AZƏRTAC

Azərbaycanda səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı sentyabrın 27-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə tər çiçəklər düzüb.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə güllər qoyulub.

Sonra qonaq Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən oğullarının və qızlarının xatirəsini yad edib.

Nazir Nabi Avcı və nümayəndə heyətinin üzvləri türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.