DÜNYA


Türkiyənin məhkəmə-hüquq sistemində kütləvi ixtisarlara və həbslərə başlanıb

Bakı, 16 iyul, AZƏRTAC

Türkiyənin məhkəmə-hüquq sistemində işləyən və qiyamçılarla, habelə terror təşkilatı ilə əlaqəsi olduğu bildirilən hakim və prokurorların kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Məhkəmə-Hüquq Şurası barələrində Ankara Respublika Baş Prokurorluğu tərəfindən həbs qərarı çıxarılan 5 üzvün səlahiyyətlərini ləğv edib. Bundan başqa, ümumilikdə 2745 hakim işdən azad olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.