DÜNYA


Türkiyənin müxtəlif şəhərlərində PKK üzvlərinə qarşı əməliyyatlar keçirilib

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Türkiyə polisi PKK terror qruplaşmasının üzvlərinin yaxalanması ilə bağlı İstanbulda, İzmirdə, Qarsda və Vanda əməliyyatlar keçirib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, əməliyyatlara səhər saatlarından etibarən eyni vaxtda start verilib. İzmir şəhərində keçirilən əməliyyatlar nəticəsində PKK-nın gənclər təşkilatının (YDG-H) üzvü olan 11 nəfər saxlanılıb. Van vilayətinin mərkəzində və bölgələrində isə 14 nəfər nəzarətə götürülüb. İstanbulda keçirilən əməliyyatlar nəticəsində isə PKK-nın məsul şəxslərindən hesab edilən Rakip Yardımcı saxlanılıb. R.Yardımcının yaxalanması üçün 300 min lirə mükafat təyin edildiyi bildirilir.

Əməliyyatlar nəticəsində terror təşkilatına aid xeyli sayda sənəd, elektron ləvazimatlar və bomba hazırlamaq üçün istifadə edilən müxtəlif maddələr aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.