SİYASƏT


Türkiyənin nazir müavini: Cocuq Mərcanlının bərpası Qarabağa tarixi qayıdışın başlanğıcıdır

A+ A

Ankara, 1 fevral, АZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam Qarabağa tarixi qayıdışın başlanğıcıdır. Cocuq Mərcanlının bərpası Azərbaycan xalqının beynəlxalq hüquqla tənzimlənən haqqıdır.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib.

Nazir müavini bildirib ki, Prezident İlham Əliyev dəfələrlə cəsarətli addımları ilə dünya ictimaiyyətinin diqqətini cəlb edib. Bu qərar Azərbaycan dövlətinin başçısının növbəti cəsarətli addımıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Cocuq Mərcanlıya qayıdış həm də Ermənistana bir mesajdır ki, işğal altında saxladığı Azərbaycan torpaqlarını geri qaytarsın. Azərbaycan xalqı heç zaman işğal faktı ilə barışmayacaq. Bütün məsələlərdə olduğu kimi, bu işdə də qardaş Türkiyədən göstərilən dəstək getdikcə daha da güclənəcək. Təcavüzkar tərəf yaxşı anlayır ki, işğalı davam etdirmək mümkün olmayacaq. Azərbaycan xalqı tarixdə dəfələrlə belə sınaqlardan alnıaçıq çıxıb. Bu dəfə də belə olacaq. Azərbaycan xalqının Prezident İlham Əliyevlə birliyi bu məsələdə həlledici amildir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.