Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalının sorğusunun nəticələrinə görə Prezident İlham Əliyevin seçildiyi “10 ilin dövlət adamı” mükafatının İstanbulda təqdimat mərasimi keçirilmişdir VİDEO

İstanbul, 14 iyul (AZƏRTAC). Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə seçilmiş “10 ilin dövlət adamı” və “İlin ulduzları” mükafatlarının iyulun 13-də İstanbuldakı Haliç Konfrans Mərkəzində təqdimat mərasimi keçirilmişdir.

Rəy sorğusunun nəticələrinə əsasən Azərbaycan Prezidenti İlham Əliyev “Türkdilli respublikalarda 10 ilin ən uğurlu dövlət adamı” seçilmişdir. “Türkiyədə 10 ilin ən uğurlu dövlət adamı” nominasiyasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, “10 ilin naziri” nominasiyasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, “İlin xarici sərmayə yatırımı” nominasiyasında isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qalib elan edilmişlər. Sorğuda “İlin ulduzları” nominasiyası üzrə qalib gələnlər də mükafatlandırılmışlar.

AZƏRTAC-ın İstanbula ezam olunmuş müxbiri xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, qardaş ölkənin dövlət və özəl qurumlarının, ictimaiyyətin nümayəndələri, iş adamları, ziyalılar və s. iştirak etmişlər.

Tədbirdə əvvəlcə “Ekovitrin” Media Qrupunun fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Mərasimi açan “Ekovitrin” Media Qrupu idarə heyətinin sədri Kamuran Abacıoğlu qurumun tarixi barədə məlumat vermiş, rəy sorğunun nəticələrindən danışmışdır. Türkiyənin son dövrlərdə dinamik inkişafından söz açan K.Abacıoğlu ötən on ildə qardaş ölkə Azərbaycanın iqtisadi möcüzə göstərərək sürətlə inkişaf etdiyini vurğulamışdır. O demişdir ki, Azərbaycan çox böyük iqtisadi yüksəlişə nail olmuşdur. Azərbaycan Türkiyə kimi iqtisadiyyat nəhənginin daxilində - İzmirdə böyük Petkim layihəsini satın aldı və buraya 17,5 milyard dollarlıq sərmayə yatırdı. Bu, qürurverici bir nailiyyətdir. Biz Azərbaycan Prezidenti İlham Əliyevə buradan salamlarımızı və ehtiramlarımızı göndəririk.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Ekovitrin” jurnalının kollektivinə təşəkkürlərini çatdırmışdır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasından sonra Azərbaycanın və Türkiyənin Avropanın enerji bazarında yeni aktorlar kimi çıxış etməyə başladıqlarını bildirən Əli Həsənov demişdir ki, ötən 10 il dünyaya çox şey vermişdir. Amma ən dəyərli sərvətini - güc artımını Türkiyəyə və Azərbaycana vermişdir. Azərbaycan enerji resurslarını dünya bazarlarına çıxararaq iqtisadi, siyasi, sosial və digər sahələrdə bütün ehtiyaclarını aradan qaldırmış, eyni zamanda, bölgənin ciddi aktoruna çevrilmişdir. Türkiyə isə Xəzər neftini dünyaya çatdıran mühüm enerji mərkəzi olmuşdur. Bu gün Avropanın enerji təhlükəsizliyini nə Türkiyəsiz, nə Azərbaycansız, nə də Bakı-Tbilisi-Ceyhansız təsəvvür etmək mümkün deyildir.

Prezident Administrasiyasının şöbə müdiri Avrasiyanı təmsil edən 270 mindən artıq insanın “Ekovitrin”in bu sorğusuna qatılaraq səs verməsini həqiqəti tam əks etdirdiyini diqqətə çatdırmışdır. On ildə Azərbaycan nəinki inkişaf etmiş və bölgəni inkişaf etdirmişdir, eyni zamanda, Xəzər hövzəsini, Cənubi Qafqazı dünyanın iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevirmişdir.

Əli Həsənov ötən on ildə Azərbaycanın daha bir uğurunun da 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi olduğunu bildirmişdir. Azərbaycan ikinci türk dövlətidir ki, Təhlükəsizlik Şurasının üzvüdür. Bizim bu gücümüzün meydana çıxmasında da, Türkiyənin dünyada bugünkü geosiyasi, geoiqtisadi, geostrateji və hərbi qüdrətinin artmasında da Azərbaycanın məxsusi payı vardır. Biz bu payı dəyərləndirənlərə təşəkkür edirik. Bu mükafat Azərbaycan Prezidenti İlham Əliyevin tam haqqıdır. Prezident İlham Əliyevin on illik fəaliyyətinə verilən bu dəyər – “10 ilin dövlət adamı” mükafatı tam reallığı əks etdirir. Bu işdə əməyi keçən, bu sevinci bizimlə bölüşən hər kəsə Azərbaycan hökuməti adından bir daha təşəkkür edirəm.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım çıxış edərək ölkəsinin son on ildə qazandığı nailiyyətlərdən söz açmışdır. Nazir Türkiyədə 2004-cü ildə təməli qoyulmuş və artıq inşasının son mərhələsinə qədəm qoyan “Marmaray” layihəsinin “bir millət, iki dövlət” olan qardaş Azərbaycan ilə Türkiyə arasında mühüm əlaqələrdən birini təşkil etdiyini vurğulamışdır. Bu, Azərbaycan ilə Türkiyə arasında birbaşa daşımaları təmin edəcək ən mühüm layihələrdən biridir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz”, TANAP layihələri Şərq ilə Qərb arasında əlaqələri, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini gücləndirən mühüm layihələrdir.

Nazir bildirmişdir ki, biz qardaş Azərbaycanın Türkiyənin strateji sektoruna – neft-kimya sənayesinə yatırdığı sərmayəni təqdir edirik. Azərbaycanın getdikcə inkişaf edən, Qafqaz bölgəsində təminatçı ölkəyə çevrilməsində böyük xidmətləri olan Prezident İlham Əliyev bu mükafata tam layiqdir. Biz Prezident İlham Əliyevə türk milləti adından təşəkkür edirik.

Çıxışlardan sonra mükafatların təqdim edilməsi mərasimi olmuşdur.

Nazir Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevin layiq görüldüyü “10 ilin dövlət adamı” mükafatını Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova təqdim etmişdir.

Məlumat verilmişdir ki, “Ekovitrin” jurnalının bu il fevralın 1-dən aprelin 24–dək keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak etmişdir. Rəy sorğusunda 35 kateqoriya üzrə 105 namizədə səs verilmişdir.

Tədbirdə göstərilmiş filmdə Prezident İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı söz açılmışdır.

Qeyd edilmişdir ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Filmdə dövlətimizin başçısının daxili və xarici siyasətinin uğurları geniş şərh olunmuşdur.

Bildirilmişdir ki, Azərbaycanın neft strategiyasının uğurla davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tikintisinin başa çatdırılması, enerji resurslarının dünya bazarına çıxarılması nəticəsində ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olmuşdur.

Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmışdır. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatmışdır. Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olmuşdur. Ölkədə yoxsulluğun səviyyəsi 6,2 faizə, işsizlik isə 5 faizə düşmüşdür. 2012-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya cəmi 1 faiz təşkil etmişdir. Son 10 ildə bir milyondan artıq yeni iş yeri yaradılmışdır.

İlk süni peykini fəzaya çıxarmaqla Azərbaycan kosmik ölkələr sırasına daxil olmuşdur. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar investisiya yatırılmışdır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilmişdir.

Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının, həmçinin Qoşulmama Hərəkatının üzvü seçilmişdir. Dünya İqtisadi, Krans Montana, Cənubi Qafqaz, Humanitar, Mədəniyyətlərarası Dialoq forumlarına, “Eurovision” musiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Azərbaycan artıq idman ölkəsinə çevrilmişdir. Bunun nəticəsidir ki, Avropa Olimpiya Komitəsi 2015-ci il birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etmişdir. Məhz bu uğurlara görə Prezident İlham Əliyev “10 ilin dövlət adamı” seçilmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

 

Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalının sorğusunun nəticələrinə görə Prezident İlham Əliyevin seçildiyi “10 ilin dövlət adamı” mükafatının İstanbulda təqdimat mərasimi keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO