DÜNYA


Türkiyənin təhlükəsizlik qüvvələri antiterror əməliyyatlarını davam etdirir

A+ A

İstanbul, 13 avqust, AZƏRTAC 

İstanbul polisinin ictimai təhlükəsizliyi qorumaq məqsədilə şəhərin 39 rayonunda avtomobil yollarında və iş mərkəzlərində keçirdiyi reydlər nəticəsində axtarışda olan 111 nəfər həbs edilib.

Anadolu Agentliyinin məlumatına görə, axtarışlar zamanı 14 tapança, 9 səs tapançası, 92 qram narkotik maddə, 760 yeşik qaçaq siqaret ələ keçirilib. Bu qanunsuzluqlara görə günahkar bilinən 29 şəxs saxlanılıb.

İzmirdə keçirilən antiterror əməliyyatında Kürd Fəhlə Partiyasının (PKK) gənclər qolu sayılan “YDG-H” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 11 nəfər tutulub.

Qarsda keçirilmiş antiterror əməliyyatında isə PKK-ya məxsus böyük cəbhəxanalar aşkarlanıb. Bu terror təşkilatına məxsus iki sığınacaqda partlayıcı balonlar, yaşayış ləvazimatları və digər vəsaitlər ələ keçirilib. Bundan başqa Van şəhərində 14 PKK mənsubu həbs olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.