MƏDƏNİYYƏT
Türkiyənin termal mənbələrinə infotur təşkil ediləcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Oktyabrın 2-dən 7-dək Türk Hava Yolları, “NG hotel qrup”, “Nobel” Tibb Mərkəzi və “Kaya Termal”ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Türkiyənin termal turizm mənbələrinə infotur təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, infoturda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin, sağlamlıq turizmi obyektlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət bir qrup heyət iştirak edəcək. İştirakçılar Türkiyənin ən böyük termal mənbələrinin yerləşdiyi Afyon, Dənizli və İzmirə səfər edəcək, bu məkanların sağlıq turizmi imkanları ilə bağlı ətraflı məlumat alacaqlar. Səfər zamanı iki ölkənin turizm təmsilçiləri təcrübələrini bölüşəcək, nümunəvi sağlamlıq turizmi klasterlərinin yaranması imkanlarını dəyərləndirəcəklər.
Bundan əlavə, səfər müddətində müxtəlif dövlət məmurları ilə görüşlər və kiçik seminarların təşkili də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]