DÜNYA


Türkiyənin xam neft idxalı azalıb

Bakı, 31 yanvar, Nihad Budaqov, AZƏRTAC

Ötən ilin dekabrında Türkiyənin xam neft idxalı 2015-ci ilin eyni ayına nisbətən 4,3 faiz azalaraq 2 milyon 504 min 961 ton olub.

AZƏRTAC Türkiyə Statistika İdarəsinə (TÜİK) istinadla xəbər verir ki, ölkənin enerji idxalı isə keçən ilin dekabr ayında 2015-ci ilin eyni ayı ilə müqayisədə 5,1 faiz azalaraq 2,8 milyard dollar olub.

Dekabrda Türkiyənin ümumi idxalı ötən ilin eyni ayına nisbətən 2,3 faiz artaraq 18 milyard 405 milyon dollar olub. Bu rəqəmin 2 milyard 852 milyon 313 min dollarlıq hissəsini enerji idxalı təşkil edib.

2015-ci ilin dekabrında Türkiyədə 3 milyard 5 milyon 337 min dollarlıq enerji idxalı edilib. Keçən ilin eyni ayında isə bu rəqəm 5,1 faiz azalaraq 2 milyard 852 milyon 313 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.