DÜNYA


Türkiyənin xarici işlər naziri Litvaya səfər edəcək

Vilnüs, 7 iyun, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu litvalı həmkarı Linas Linkyavıçyusun dəvəti ilə iyunun 8-də bu ölkəyə rəsmi səfər edəcək.

Qonaq Litva diplomatiyasının rəhbəri ilə görüşəcək. Onu Litva Prezidenti Dalya Qribauskayte və Baş nazir Saulyus Skvernyalis də qəbul edəcəklər.

Bu görüşlərdə iki ölkə arasında münasibətlər, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq, Aİ və Türkiyənin gündəliyindəki aktual məsələlər, regionda təhlükəsizlik, NATO-da əməkdaşlıq, Rusiya ilə münasibətlər, Ukraynada vəziyyət barədə fikir mübadiləsi aparılacaq.

M.Çavuşoğlu Litvada sonuncu dəfə 2015-ci ilin aprel ayında olub. Litvanın xarici işlər naziri Linas Linkyavıçyus isə sonuncu dəfə 2016-cı ilin avqustunda Türkiyədə olub. Bu, 2016-cı ilin iyul ayında Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra Aİ və ya NATO üzvü olan ölkənin xarici işlər nazirinin Türkiyəyə ilk səfəri idi.

Nigar Cəfərli

AZƏRTAC –ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.