DÜNYA


Türkiyənin xarici işlər naziri Yaponiyada səfərdədir

Tokio, 22 iyun, AZƏRTAC 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyada rəsmi səfərdədir.

Səfərin ilk günündə nazir Yaponiyanın iş adamları ilə bir araya gələrək iki ölkə arasında iqtisadi və turizm sahəsində əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.

Yunus Emre Türk Mədəniyyət Mərkəzini ziyarət edən M.Çavuşoğlu burada Yaponiyanın tanınmış türkoloqu, Osmanlı tarixçisi professor Tadaşi Suzuki ilə görüşüb, mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.

Yaponiya-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş zamanı isə iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafı və regional problemlər mövzusunda müzakirələr aparılıb.

Həmin gün axşam M.Çavuşoğlu yapon həmkarı Fumio Kishida ilə Türkiyə-Yaponiya əlaqələrinin mövcud vəziyyəti və əlavə əməkdaşlıq imkanları barədə danışıqlarda iştirak edib. Görüşlərdən sonra M.Çavuşoğlunun həmkarı F.Kishida ilə birlikdə mətbuat konfransı keçirilib.

Xarici işlər naziri səviyyəsində 14 il fasilədən sonra reallaşdırılan bu səfər çərçivəsində M.Çavuşoğlunun Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşige Seko ilə görüşü, Baş nazir Shinzo Abe tərəfindən qəbul edilməsi, həmçinin Sasakava Sülh Fondunda “Yaxın Şərqdəki inkişaf və Türkiyənin rolu” mövzusunda çıxışı nəzərdə tutulur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.