DÜNYA


Türkiyənin xarici işlər nazirinin Litvaya səfəri təxirə salınıb

Vilnüs, 8 iyun, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu gün nəzərdə tutulan Litva səfəri regionda vəziyyətin pisləşməsi ilə əlaqədar təxirə salınıb.

Türkiyə diplomatiyasının rəhbəri Litvanın xarici işlər naziri Linas Linkyaviçyus ilə telefon söhbətində bu səfəri təxirə salmaq zərurəti yaranmasına görə üzr istəyib və həmin səfərin hər iki tərəf üçün məqbul olan ən yaxın vaxtda təşkil edilməsi arzusunu bildirib.

M.Çavuşoğlu axırıncı dəfə iki il bundan əvvəl Litvada səfərdə olub. L.Linkyaviçyus isə Türkiyədə 2016-cı ilin avqustunda, bu ölkədə uğursuz hərbi çevriliş cəhdindən az sonra olub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.