DÜNYA


Türkiyənin yeni zirehli texnika hissələri Suriyaya daxil olub

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də Türkiyə Silahlı Qüvvələrinə məxsus təxminən 20 tank Kilis əyalətinin Elbeyli rayonunda sərhədi keçərək Suriya ərazisinə daxil olub. Zirehli texnikanın Suriya Azadlıq Ordusunun nəzarət etdiyi əl-Rai kəndinə daxil olduğu bildirilir.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hərbi texnikanın keçidi Türkiyə ərazisindən İŞİD qruplaşmasının əl-Rai kəndi yaxınlığında yerləşən mövqelərini sıx atəşə tutan reaktiv artilleriya vasitəsi ilə qorunub. Zirehli texnikanın sərhədi keçdiyi ərazidən 30 kilometr uzaqlıqda İŞİD qruplaşmasının Suriyanın şimalinda yerləşən əsas dayaq məntəqələrindən biri olan əl-Bab şəhəri yerləşir.

Xatırladaq ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri Suriya ərazisinə daxil olaraq Azad Suriya Ordusunun Cerablus qəsəbəsini İŞİD yaraqlılarından təmizləməsinə dəstək verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.