İQTİSADİYYAT


Türkmənistan Azərbaycan üzərindən Avropaya 20 min ton neft məhsulu göndərəcək

A+ A

Bakı, 7 sentyabr, Elvin Camalov, AZƏRTAC

Türkmənistan Azərbaycan üzərindən daha çox yük daşıyacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkmənistan Prezidenti Azərbaycanın müraciətindən sonra bu barədə göstəriş verib. Göstərişə əsasən Türkmənistan Azərbaycan üzərindən Avropaya 20 min ton neft məhsulu göndərəcək.

Xatırladaq ki, bu günlərdə Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək nəqliyyat dəhlizinin yaradılmasına dair Aşqabad bəyannaməsini imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.