Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Türkmənistan: Azərbaycanın torpaq resursları üzrə məlumatların toplanması və təhlili statistikası sahəsində uğurlu təcrübəsi var

Türkmənistan: Azərbaycanın torpaq resursları üzrə məlumatların toplanması və təhlili statistikası sahəsində uğurlu təcrübəsi var

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycanın torpaq resursları üzrə məlumatların toplanması və təhlili, gender statistikası sahələrində uğurlu təcrübəsi var.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu barədə noyabrın 3-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun ölkəmizdə səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə danışılıb.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan və Türkmənistan arasında ənənəvi dostluq əlaqələrinin mövcud olduğunu, ulu öndər Heydər Əliyev və Türkmənistanın o dövrkü rəhbərliyi arasında keçirilən tarixi görüşləri xatırladıb. Bildirib ki, bu əlaqələr hər iki dövlət başçıları tərəfindən layiqincə davam etdirilir.

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, makroiqtisadi inkişafın təmin edilməsi sahəsində qazanılan nailiyyətlərdən danışıb. Milli statistika sisteminin təkmilləşdirilməsi, həmçinin Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işləri diqqətə çatdıran Tahir Budaqov Dövlət Statistika Komitəsinin nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən xarici ölkələrin statistika qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Komitənin torpaq resursları üzrə məlumatların toplanması və təhlili, gender statistikası sahəsində işi və rolu barədə qonaqlara ətraflı məlumat verib.

Qeyd edilib ki, ölkəmizdə uğurla həyata keçirilən aqrar islahatlarda fəal iştirak edən Dövlət Statistika Komitəsi torpaq resursları haqqında məlumatı iki mənbədən - Əmlak Məsələləri Dövlət Komitəsindən və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunan “Təsərrüfatbaşına kitab”dan götürür. İnzibati məlumat mənbəyi olan Əmlak Məsələləri Dövlət Komitəsi hər il yanvar ayının 1-i vəziyyətinə respublikada mövcud torpaq mülkiyyətçilərinin və torpaq istifadəçilərinin ümumi torpaq sahələri və növləri üzrə, həmçinin torpaq mülkiyyətçilərinin və istifadəçilərinin suvarılan torpaq sahələri və növləri üzrə hesabatı Statistika Komitəsinə təqdim edir. Cari ildə Dövlət Statistika Komitəsi tərəfindən “Təsərrüfatbaşına kitab” və “Kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş” beynəlxalq təcrübə və müasir tələblər nəzərə alınmaqla yenidən işlənilib. Yeni kitabda göstəricilər sistemləşdirilib, bir çox uyğunsuzluqlar aradan qaldırılıb, eyni zamanda, əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan məhsullara dair yeni məlumatların əldə olunması zərurəti nəzərə alınıb. “Təsərrüfatbaşına kitab”ın 2017-ci ildən başlayaraq elektronlaşdırılmasına başlanılacaq ki, bu da torpaq resursları barədə də məlumatların ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Komitənin kənd təsərrüfatı statistikası şöbəsi tərəfindən kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində rəsmi statistikanın təşkili və həyata keçirilməsi, statistik məlumatların vaxtında toplanması, ümumiləşdirilmiş məlumatların hazırlanıb istifadəçilərə göndərilməsi təmin edilir.

Bildirilib ki, cəmiyyətin optimal sosial-demoqrafik siyasətinin işlənib hazırlanması, qadın və kişilərin bərabər hüquq və imkanları prinsiplərinin həyata keçirilməsi üzrə gender statistikası mühüm vasitədir, Azərbaycanda qadın və kişilərin bərabər hüquq və imkanları ölkə Konstitusiyasında təsbit olunub. Dövlət siyasəti prioritetlərindən biri kimi gender siyasətinin rolu olduqca vacibdir. Buna əsaslanaraq Dövlət Statistika Komitəsi cəmiyyətdə qadın və kişilərin vəziyyəti ilə bağlı problem və məsələlərin cins və yaş üzrə bölgüsünü özündə əks etdirən statistik məlumatların toplanması, işlənməsi, təhlili, nəşri və yayılması üzrə müvafiq tələblərin həyata keçirilməsinə xüsusi önəm verməyə başlayıb. Komitənin bu istiqamətdə işi gender problemlərinin statistik tədqiqi, statistik göstəricilər sisteminə yeni göstəricilərin əlavə edilməsi, metodologiyanın təkmilləşdirilməsi və qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə yönəldilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla gender bərabərliyini əks etdirən kompleks statistik göstəricilər sistemi on bölmə üzrə qruplaşdırılıb. İnternet resurslarından faydalanan istifadəçilər komitənin veb səhifəsinin “Gender” bölməsində müvafiq məlumatlarla tanış ola bilirlər. Komitənin əhali statistikası şöbəsində gender statistikası sektoru yaradılıb ki, həmin sektor beynəlxalq metodologiyalar əsasında ölkədə əhalinin demoqrafik və gender bərabərliyinin vəziyyəti ilə bağlı rəsmi statistika məlumatlarının hazırlanması sahəsində fəaliyyət göstərir.

Nümayəndə heyətinin səfərinin BMT-nin layihəsi çərçivəsində həyata keçirildiyini deyən Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova Azərbaycanın aqrar sektoru və gender bərabərliyi sahələrində aparılan islahatları barədə müsbət təəssüratlarını ifadə edib. Türkmənistan Məclisi sədrinin müavini ölkəmizdə torpaq resursları üzrə məlumatların toplanması və təhlili, gender statistikası sahələrində uğurlu təcrübənin olduğunu qeyd edib.

Görüşdə torpaq resursları üzrə məlumatların toplanması və gender statistikası mövzularında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib