DÜNYA


Türkmənistan prezidentinin səlahiyyət müddəti 7 ilədək artırılıb

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Türkmənistan parlamentinin iclasında ölkə prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasını nəzərdə tutan yeni konstitusiya qəbul edilib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, konstitusiyanın yeni redaksiyası, həmçinin prezidentinin seçilməsi üçün nəzərdə tutulan 70 yaş həddini də ləğv edib.

Türkmənistan məclisi ölkənin yeni əsas qanununun qəbul olunmasına yekdilliklə səs verib. 2007-ci ildən ölkəyə başçılıq edən Qurbanqulu Berdiməhəmmədov konstitusiyaya edilən dəyişikliyi imzalayıb və qanun rəsmən qüvvəyə minib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.