İQTİSADİYYAT


Türkmənistan və Misir neft hasilatının azaldılmasına dair sazişinə qoşula bilər

Bakı, 12 may, Nihad Budaqov, AZƏRTAC 

Türkmənistan və Misirin Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi digər neft istehsalçılarının hasilatın azaldılmasına dair sazişinə qoşulacağı gözlənilir.

AZƏRTAC “bloomberg.com”a istinadla xəbər verir ki, bu barədə OPEC-ə yaxın mənbələr bildiriblər. Belə ki, Türkmənistan və Misir OPEC-in liderliyi ilə imzalanan neft hasilatının azaldılmasına dair razılaşmada iştirak edə bilər.

OPEC kartelə üzv olmayan neft istehsalçısı ölkələrin də bu sazişə qoşulmalarını istəyir və bu məqsədlə mayın 25-də Vyanada toplantı keçirəcək. Misir və Türkmənistanın Vyana konfransında ilk dəfə iştirak etməsi gözlənilir.

Türkmənistan hazırda gündəlik 250 min barrel neft istehsal edir.

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.