MƏDƏNİYYƏT
Türkmənistanda TÜRKSOY-a üzv dövlətlərin Teatr Direktorları Şurasının IV konfransı keçirilir
Marı, 9 oktyabr, AZƏRTAC
Türkmənistanda TÜRKSOY-a üzv dövlətlərin Teatr Direktorları Şurasının IV konfransı keçirilir.
2015-ci ildə türk dünyasının mədəniyyət paytaxtı statusunu almış, qədim Мərvin tarixi varisi olan Marı vilayətində keçirilən konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Makedoniya, Bosniya və Herseqovina, Macarıstan, Bolqarıstan və Qaqauziyanın (Moldova Respublikası), Rusiya Federasiyasının federal subyektlərinin – Tatarıstan, Başqırdıstan, Xakasiya, Tuva, Saxa-Yakutiya və Altay diyarının nümayəndə heyətləri, teatrşünaslar, rejissorlar, dramaturqlar, sənətşünaslar və səhnə ustaları iştirak edirlər.
Beynəlxalq tədbirdə Azərbaycanı Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov təmsil edir.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı konfransda çıxış edərək deyib ki, türk xalqları arasında əməkdaşlığın qurulması, qorunub saxlanması və inkişafı, müasir teatr dilinin, mədəni-tarıxı və maddı-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi tədbirin əsas məqsədlərindən biridir.
Tədbirdə bəzi türkdilli teatrların repertuarında olan tamaşalar da nümayiş etdirilir.
Konfrans çərçivəsində iştirakçılar UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş “Qədim Mərv” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun abidələri ilə də tanış olacaqlar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Marı