DÜNYA
Türkmənistanda axaltəki atlarının gözəllik müsabiqəsi keçiriləcək
Bakı, 20 aprel, AZƏRTAC
Axaltəki atları arasında beynəlxalq gözəllik müsabiqəsi 2017-ci il aprelin 29-da Aşqabadda keçiriləcək.
AZƏRTAC Türkmənistan KİV-lərinə istinadla xəbər verir ki, Prezident Qurbanqulu Berdiməhəmmədovun müvafiq sərəncamına əsasən 2017-ci ilin ən gözəl axaltəki atı bu il aprelin 30-da qeyd olunacaq Terkmən atı bayramı ərəfəsində seçiləcək.
İlin ən gözəl axaltəki atının sahibi Türkmənistan prezidenti adından Toyota Land Cruiser Prado, Mercedes-Benz ML 350 və başqa bu kimi bahalı avtomobillə mükafatlandırılır.
Axaltəki atları arasında beynəlxalq müsabiqə Prezident Qurbanqulu Berdıməhəmmədovun təşəbbüsü ilə keçirilir. Dövlət başçısı axaltəki cinsinin mahir bilicilərindəndir və ölkədə atçılığın inkişafını şəxsən himayə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]