DÜNYA


Türkmənistanın paytaxtında Ağsaqqallar Şurasının iclası keçirilir

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

Türkmənistanın paytaxtı Aşqabadda Ağsaqqallar Şurasının iclası başlanıb. Açılış mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov məruzə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Türkmənistan dövlətinin başçısı öz çıxışında ölkənin 25 il ərzində siyasi, sosial-iqtisadi və humanitar sahələrin müstəqil inkişafında əldə etdiyi nailiyyətlərin ümumi mənzərəsini təqdim edib, habelə dövlət və cəmiyyətin indiki vəziyyətini səciyyələndirib.

Sosial-iqtisadi sahədə nailiyyətlərdən danışan Türkmənistan Prezidenti xüsusilə qeyd edib ki, ötən 25 ildə ölkədə 144 milyard ABŞ dollar məbləğində kapital qoyuluşu mənimsənilib, istehsal və qeyri-istehsal xarakterli 544 böyük obyekt istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, 1995-ci illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 8 dəfə artıb. Hökumət Türkmənistan-Çin və Türkmənistan-İran qaz kəmərləri marşrutları üzrə iki miqyaslı enerji layihəsini həyata keçirib. 2015-ci ilin dekabr ayında Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan marşrutu üzrə qaz kəmərinin tikintisinə başlanılıb.

Məruzədə qeyd edilib ki, 2007-ci ildən başlayaraq ölkədə milli iqtisadi, maliyyə və bank sistemində köklü islahatlar keçirilib. Beləliklə, Türkmənistanı kənd təsərrüfatı ölkəsindən yüksək istehsal dövriyyəsinə malik inkişaf etmiş sənaye dövlətinə sürətlə çevirmək istiqamətində dövlətin qəbul etdiyi strategiya bu gün reallığa çevrilir.

Sənayedə, kənd təsərrüfatında, tikintidə, xidmət və digər sahələrdə özəl sektor yüksək templə inkişaf edir. Bu gün ÜDM-nin 68 faizi (yanacaq-energetika kompleksi daxil olmadan) qeyri-dövlət sektorunun payına düşür. Qeyri-dövlət müəssisələrinin ümumi sayı 25 minə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.