ELM VƏ TƏHSİL


“Tutinamə” ikinci dəfə nəşr olunaraq oxucuların ixtiyarına verilib

Bakı, 11 iyul, AZƏRTAC 

Türk mənşəli XIV əsr müəllifi Ziyaəddin Nəxşəbinin qələmindən çıxmış “Tutinamə” əsəri dünyanın ən məşhur sənət abidələrindən hesab olunur. Əsər dünyanın əksər dillərinə tərcümə olunaraq təkrar-təkrar nəşr edilib.

“Tutinamə”nin iki qədim əlyazma nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilir.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov həmin nüsxələr əsasında yazılı abidəni dilimizə tərcümə edib və əsər ilk dəfə 1991-ci ildə kiril əlifbası ilə yüksək tirajla (50 000) “Azərnəşr”də çap olunub. Bu günlərdə əsər ikinci dəfə latın qrafikasında “Kitab klubu MMC” tərəfindən nəşr olunaraq oxuculara təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.