CƏMİYYƏT


Tütün hər altı saniyədə bir insanın ölümünə səbəb olur

Bakı, 17 iyul, AZƏRTAC

Dünya statistikasına əsasən, tütün məmulatlarının istifadəsi səbəbindən hər altı saniyədə bir insan dünyasını dəyişir. Statistik hesablamalara görə, 2030-cu ildə siqaret hər saniyə bir ölümə səbəb olacaq. Bu da ildə 10 milyon insan deməkdir. Müqaisə üçün demək olar ki, hazırda dünyada hər il üç milyon vərəm xəstəsi dünyasını dəyişirsə, siqaret istifadəçiləri arasında bu rəqəm beş milyon təşkil edir. Bundan əlavə, tütün ağciyər və qida borusu xərçəngi kimi ağır xəstəliklərin yaranmasının da əsas səbəblərindəndir.

AZƏRTAC ayzdorov.ru saytına istinadla xəbər verir ki, statistik hesablamalara əsasən, təxminən 2030-cu ildə dünyada siqaret istifadəçilərinin sayı 1,6 milyard nəfərə çatacaq. Hazırda bu rəqəm 1,3 milyarddır. Alimlər bildiriblər ki, 15 il ərzində siqaretdən istifadə edən hər iki insandan biri ölümə məhkumdur. Dünya Səhiyyə Təşkilatının apadığı araşdırmalar əsasında verdiyi məlumata görə, siqaret çəkənlərin yarısının bu pis vərdişdən imtina etmək istədikləri məlum olub. Həmin məlumatda tütün məmulatları səbəbindən baş verən ölümlərin infeksion xəstəliklər nəticəsində ölüm hallarından dəfələrlə yüksək olduğu da qeyd edilib.

Xalq təbabətində bu zərərli vərdişdən uzaqlaşmanın bir neşə üsulu var. Bu üsullardan biri nikotin əleyhinə çaydır. Nikotin əleyhinə istifadə edilən məhlulu hazırlamaq üçün bir çay qaşığı adi istifadə etdiyimiz çay yarpaqlarını iki stəkan suda dəmləmək lazımdır. Hazır dəmə yarım çay qaşığı doğranmış kasnı kökü, tibbi valerian, gicitkən yarpaqları, nanə və ətirli rut əlavə olunur. Bir saat saxlandıqdan sonra hazır məhlulu süzüb gündə 2-3 stəkan istifadə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.