İQTİSADİYYAT


Tütünçülüyün inkişafına dövlət dəstəyi tütün istehsalı ilə məşğul olan insanların rifahını daha da yaxşılaşdıracaq

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək məqsədilə Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir ki, bu Sərəncam tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək üçün faydalı olacaq.

Belə ki, emal müəssisələrinə satılmış quru tütünün hər bir kiloqramına, yaş tütünün isə hər on kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi nəzərdə tutulur, ki bu da istehsalçilara dövlət dəstəyini əks etdirir.

Nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunmuş və emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil ediləcək.

Nazirlər Kabineti iki ay müddətində istehsalçılara subsidiyanın verilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

Subsidiyaların maliyyələşdirilməsi məsələsi isə Maliyyə Nazirliyinə həvalə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.