MƏDƏNİYYƏT


Tvinninq layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

“Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “dəyirmi masa” keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “dəyirmi masa”nın məqsədi ölkənin mədəniyyət sisteminə dair faydalı məlumatları toplamaq, mədəniyyət sektoru iştirakçılarının rol və fəaliyyətləri ilə tanış olmaq, onlar arasındakı münasibətləri və əlaqələri başa düşmək, ölkənin mədəniyyət sektorunda həllə ehtiyacı olan mövcud çətinlikləri müəyyənləşdirməkdən ibarətdir.

Görüşdən əldə olunan məlumatlar layihənin təhlil mərhələsinin yekunlaşdırılması üçün istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.