DÜNYA


“Twitter” 360 dərəcə formatında videoyayım funksiyasını istifadəyə verib

Bakı, 29 dekabr, AZƏRTAC

Populyar “Twitter” xidməti yeni funksiya (panorama videosu) istifadəyə verib.

AZƏRTAC “belta.by” saytına istinadən xəbər verir ki, yeni funksiya sayəsində hazırlanmış ilk videoçarx rəsmi mikrobloqda yerləşdirilib. Ancaq yenilik bütün istifadəçilər üçün əlçatan deyil. Hələ ki, sınaqdan keçirilir. 360 dərəcə formatında çəkilmiş video abunəçilərə yalnız danışanı deyil, həm də ətrafda olanları görməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.