DÜNYA


“Twitter” şirkətinin bağlanması ilə əlaqədar şayiələrə aydınlıq gətirilib

A+ A

Bakı, 12 avqust, AZƏRTAC 

Sosial şəbəkə nəhənglərindən olan “Twitter”in 2017-ci ildə bağlanacağı ilə əlaqədar şayiələrə aydınlıq gətirilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şirkət tərəfindən verilən açıqlamada bu xəbərlər təkzib edilib və iddiaların heç bir əsasa söykənmədiyi bildirilib.

“Twitter” şirkətinin nümayəndəsi sosial şəbəkələrdə yayılan şayiələrin həqiqəti əks etdirmədiyini ifadə edib. O bildirib ki, “Twitter” istifadəçilər üçün cəlbedici sosial media platforması olaraq inkişaf etməkdədir. Sürətlə yayılan “Twitter” 2017-ci ildə bağlanacaq” şayiəsinin necə başladığı isə məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.