İDMAN


UCI “Tour d’Azerbaidjan-2017”dəki təşkilatçılıq işlərini yüksək qiymətləndirib

Bakı, 23 may, AZƏRTAC

Mayın 3-7-də keçirilmiş 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017” veloturunun təşkilatçılığı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən yüksək qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasına (AzVİF) UCI-dan məktub daxil olub.

Məktubda qeyd olunur ki, beynəlxalq federasiyanın şose velosipedi üzrə yarışlarının komissarları "Tour d’Azerbaidjan-2017"yə olduqca yüksək qiymət veriblər. Bütün mərhələlər zamanı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olunması da məktubda xüsusi qeyd olunub.

Xatırladaq ki, 5 mərhələdən ibarət "Tour d’Azerbaidjan-2017" veloturunda planetin 18 ölkəsindən 6-sı pro-Kontinental, 16-sı kontinental olmaqla ümumilikdə 22 komanda iştirak edib. Ümumi təsnifatda yarışın ən yaxşı velosipedçisi adına isə Azərbaycanın elit yığması və “Synergy Baku” kontinental klubunun üzvü Kiril Pozdnyakov layiq görülüb. Bundan başqa, o "Tour d’Azerbaidjan-2017"nin ən yaxşı dağ velosipedçisi köynəyinə də yiyələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.