İDMAN


UEFA Avropa Liqası: Ağdamın “Qarabağ” klubu səfərdə Çexiyanın “Slovan” komandası ilə qarşılaşıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində səfərdə Çexiyanın “Slovan” komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, isveçli baş hakim Stefan Yohannessonun idarə etdiyi oyunda “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Muerrem Muerrem, Dani Kintana, Dino Ndlovu, Arif Daşdəmirov və Miçel yer alıblar.

“Slovan”ın ilk on birliyində isə meydana Martin Dubravka, Ondrjey Karafiat, Radim Breyte, Vladimir Kufal, Nikolay Komliçenko, Lukaş Pokornı, Lukaş Bartoşik, Petr Şevçik, Eqon Vux, Zdenek Folprext və Ubonq Ekpay çıxıblar.

Qarşılıqlı hücumlar şəraitində başlayan görüşün 11-ci dəqiqəsində “Slovan”ın futbolçusu Eqon Vux hesabı açıb. Komandaların cəhdlərinə baxmayaraq, ilk hissə Çexiya təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb.

İkinci hissəyə “Slovan” daha fəal başlayıb. Görüşün 56-cı dəqiqəsində Maksim Medvedevin kobud oyununa görə “Qarabağ”ın qapısına təyin olunmuş penalti zərbəsini Nikolay Komliçenko dəqiq yerinə yetirib. Altı dəqiqə sonra N.Komliçenko üçüncü topu “Qarabağ”ın qapısından keçirməklə dublunu rəsmiləşdirib və bu qol oyunda sonuncu olub.

Beləliklə, görüş “Slovan”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilmiş “Qarabağ”-“Slovan” görüşü 2:2 hesabı ilə başa çatmışdı. Komandamız İtaliyada “Fiorentina”ya 1:5 hesabı ilə məğlub olsa da, “PAOK”u Bakıda 2:0, səfərdə isə 1:0 hesabı ilə məğlub edib.

“J” qrupunun digər görüşü İtaliyanın “Fiorentina” və Yunanıstanın “PAOK” komandaları arasında baş tutub. Görüş 3:2 hesabı ilə “PAOK”un xeyrinə başa çatıb.

İtaliya təmsilçisi 10 xalla qrupda liderliyini davam etdirir. Hesabında 7 xal olan “Qarabağ” və “PAOK” müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar. Hesabında 4 xal olan “Slovan” sonuncu yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.