İDMAN


UEFA Avropa Liqası: Bakının “İnter” klubu Serbiyanın “Mladost” komandasını qəbul edəcək

Bakı, 6 iyul, AZƏRTAC

Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ikinci oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edəcək “İnter”in oyununu ukraynalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Mykola Balakin idarə edəcək. Ona həmyerliləri Volodimir Volodin və Oleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Jabçenko yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi Sergiu Lisnic (Moldova), hakim-inspektoru isə polşalı Robert Malek olacaq.

Komandalar arasında ilk oyun 3:0 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.