İDMAN


UEFA Avropa Liqası: Bakının “İnter” komandası  Serbiyanın “Mladost” klubunun qonağı olacaq

Bakı, 29 iyun, AZƏRTAC

Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi səfərdə Serbiyanın “Mladost” komandasının qonağı olacaq.

Bakı vaxtı ilə saat 22:30-da Mladost stadionunda start götürəcək oyunu rusiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Aleksey Matyunin olacaq. Ona həmyerliləri Aleksey Lunev və Anton Kobzev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yevgeni Turbin yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı Bernardino Qonzales Vaskes, UEFA nümayəndəsi isə Paolo Rondelli (San-Marino) olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.