İDMAN


UEFA Avropa Liqası: İki qol fərqi ilə qələbə qazanan “Qəbələ” klubu növbəti mərhələyə yüksəlib

A+ A

Bakı, 21 iyul, Elşad Qəzvini, AZƏRTAC

“Qəbələ” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununu da qələbə ilə başa vurub.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” komandası 8-ci kilometr qəsəbə stadionunda Macarıstanın MTK klubunu qəbul edib.

“Qəbələ”in start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rəşad Sadiqov (k), Nika Kvekveskiri, Sergey Zenyov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Baqali Dabo, Filip Ozobiç, Rikardinyo və Teo Uiks yer alıblar.

Macarıstan təmsilçisinin ilk onbirliyində isə meydana Layos Heqeduş, Akos Baki, Mato Qrqiç, Darko Nikaç, Lorand Sotmari, Şandor Torgelle, Barnabaş Beşe, Yozef Konto (k), Daniel Vaqnar, Patrik Poor və Adam Voşş çıxıblar.

Oyun türkiyəli hakimlər briqadasına həvalə edilib. Baş hakim Mete Kalkavanın idarə etdiyi görüşün yan xətt hakimləri Ceyun Sesigüzel, Esat Sancaktar və dördüncü hakim funksiyasını isə Serkan Çinar yerinə yetirib. Qarşılaşmanın hakim-inspektoru Vasili Melniçuk (Ukrayna), UEFA nümayəndəsi isə Markku Lehtola (Finlandiya) olub.

Matçın ilk hissəsi qarşılıqlı hücumlarla yadda qalıb. MTK klubu hücuma başlasa da, “Qəbələ” rəqibin müdafiədə boşluğundan maksimum yararlanıb. “Qəbələ” əvvəlcə əks hücumdan 7-ci dəqiqədə Sergey Zenyovun qolu ilə hesabı açıb-1:0.

Qoldan sonra daha çox topa yiyələnən Roman Qriqorçukun yetirmələri 37-ci dəqiqədə rəqibi yenidən mərkəzə dəvət edib. Bodonun ötürməsindən Teo Uiks başı ilə baxımlı qolla fərqlənib-2:0. Təmsilçimiz fasiləyə iki top üstünlüklə yollanıb.

İkinci hissəyə də fəal başlayan qəbələlilər rəqibə təhlükəli vəziyyət yaratmağa şans verməyib. Bir neçə qol imkanı əldə edən təmsilçimiz matçın sonunadək hesabı qoyurayaq qapısını toxunulmaz saxlayıb.

Komandalar arasında bir həftə əvvəl Macarıstanda keçirilən görüşdən “Qəbələ” 2:1 hesabı ilə qalibiyyətlə ayrılmışdı.

Beləliklə, görüşdən 2:0 üstünlüyü ilə ayrılan “Qəbələ” turnirin üçüncü təsnifat mərhələsinə vəsiqəni təmin edib.

Roman Qriqorçukun rəhbərlik etdiyi komanda növbəti mərhələdə Fransanın “Lill” klubu ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.