İDMAN


UEFA Avropa Liqası: “Qarabağ” klubu qrup mərhələsində sonuncu oyununu keçirəcək VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC 

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunun matçlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın “Fiorentina” komandasını qəbul edəcək.

Görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İvan Bebek olacaq. Ona həmyerliləri Tomislav Petroviç və Miro Qrqiç kömək edəcəklər. Matçın köməkçi hakimləri Ante Vuçemiloviç-Şimunoviç və Qoran Qabrillodur. Dördüncü hakim funksiyasını isə Qoran Pataki yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Vasili Melniçuk (Ukrayna), hakim-inspektoru Maykl Zorattidir (Avstriya).

“Qarabağ”-“Fiorentina” oyunu saat 20:00-da başlayacaq.

Qeyd edək ki, İtaliya təmsilçisi 10 xalla qrupa liderlik edir. Hesabında 7 xal olan “Qarabağ” və “PAOK” (Yunanıstan) müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar. Hesabında 4 xal olan “Slovan” (Çexiya) sonuncu yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.