İDMAN


UEFA Avropa Liqası: “Qarabağ” komandası PAOK səfərində VİDEO

Bakı, 3 noyabr, AZƏRTAC

Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Ağdamın “Qarabağ” klubu səfərdə Yunanıstanın PAOK komandasının qonağı olacaq. Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) komandamız bunu Salonikidə də təkrarlamağa çalışacaq. “Qarabağ” heç-heçə sayəsində də qrupdakı vəziyyətini yaxşılaşdıra bilər.

Komandamız səfərdə qazanılan bir xal sayəsində də PAOK-u qabaqlayaraq ikinci pilləyə yüksələ bilər.

Qrupun digər oyununda “Fiorentina” İtaliyada “Slovan”ı (Çexiya) qəbul edəcək.

Qeyd edək ki, PAOK-“Qarabağ” oyunu noyabrın 3-də Salonikidəki “Toumba” stadionunda Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.