İDMAN


UEFA Avropa Liqası: “Qarabağ”la “Qəbələ” rəqiblərini gözləyir

Bakı, 26 avqust, AZƏRTAC 

Avqustun 26-da futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Monakoda Bakı vaxtı ilə saat 15:00-da təşkil ediləcək püşkatmada Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin də rəqibləri məlum olacaq.

Hər iki klub ən aşağı reytinqlilərin olduğu dördüncü səbətdə yer alıb. Onlar digər üç səbətdən reytinqə görə yüksək komandalarla eyni qrupa düşəcəklər. Birbaşa qrupda mübarizə aparacaq 16 və Çempionlar Liqasının pley-off mərhələsində uduzan 10 komandaya daha 22 klub qoşulub. Ümumilikdə, 48 komanda hərəsində dörd iştirakçı olmaqla, 12 qrupa bölünəcək. Klublarımız üçün mümkün rəqiblər arasında “İnter”, “Mançester Yunayted” kimi nəhəng və eləcə də “Roma”, “Şalke” kimi iddialı klublar da yer alır.

Səbətlər aşağıdakı bölgü üzrə formalaşıb.

Birinci səbət: “Şalke” (Almaniya), “Zenit” (Rusiya), “Mançester Yunayted” (İngiltərə), “Şaxtyor” (Ukrayna), “Atletik Bilbao” (İspaniya), “Olimpiakos” (Yunanıstan), “Vilyareal” (İspaniya), “Ayaks” (Hollandiya), “İnter” (İtaliya), “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Viktoriya” (Çexiya).

İkinci səbət: “AZ Alkmaar” (Hollandiya), “Braqa” (Portuqaliya), “Zalsburq” (Avstriya), “Roma” (İtaliya), “Fənərbaxça” (Türkiyə), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Genk” (Belçika), APOEL (Cənubi Kipr), “Standart Liec” (Belçika), “Sent-Etyen” (Fransa).

Üçüncü səbət: “Gent” (Belçika), “Yanq Boyz” (İsveçrə), “Krasnodar” (Rusiya), “Rapid” (Avstriya), “Slovan” (Liberets, Çexiya), “Selta” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Feyenoord” (Hollandiya), “Austria” (Vyana, Avstriya), “Maynts” (Almaniya), “Sürix” (İsveçrə), “Sauthempton” (İngiltərə).

Dördüncü səbət: “Panatinaikos” (Yunanıstan), “Sassuolo” (İtaliya), “Qarabağ” (Azərbaycan), “Astana” (Qazaxıstan), “Nitsa” (Fransa), “Zarya” (Ukrayna), “Astra” (Rumıniya), “Konyaspor” (Türkiyə), “Osmanlıspor” (Türkiyə), “Qəbələ” (Azərbaycan), “Hapoel” (Beer-Şeva, İsrail), “Dandalk” (İrlandiya).

Qeyd edək ki, qrup oyunları sentyabrın 15-də və 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, həmçinin dekabrın 8-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.