İDMAN
UEFA Avropa Liqası: “Qəbələ” Lill səfərindən qollu heç-heçə ilə ayrılıb [YENİLƏNİB] VİDEO
Bakı, 28 iyul, Elşad Qəzvini, AZƏRTAC
İyulun 28-də UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə mübarizə aparan yeganə təmsilçimiz “Qəbələ” komandası Fransada “Lill” klubu ilə qarşılaşıb.
Lill şəhərindəki “Metropol Arena”da oynanılan matçı polşalı baş hakim Daniel Stefanski idarə edib. Ona həmyerliləri Rafal Rostkovski və David İqor Qolis kömək ediblər.
Birinci hissədə daha inamlı təsir bağışlayan “Qəbələ” matçın 13-cü dəqiqəsində hesabı açıb. Vitali Vernidub komandasını hesabda irəli çıxarıb – 1:0.
İkinci hissəyə sürətli başlayan meydan sahibləri 47-ci dəqiqədə Mendeşin baş zərbəsi ilə görüşdə tarazlığı bərpa ediblər-1:1.
Beləliklə, Fransa təmsilçisinin oyunun sonunadək bir neçə qol şansı yaratmasına rəğmən Roman Qriqorçukun komandası səfər görüşündə bərabərliyi qorumağı bacarıb.
Komandamız iki rəqibi - Gürcüstanın “Samtredia” və Macarıstan “MTK” klublarını mübarizədən kənarlaşdıraraq bu mərhələyə çıxıb. Fransanın son liqa kubokunun finalçısı olan “Lill” isə Avropa Liqasında mübarizəyə birbaşa bu mərhələdən başlayıb.
Komandalar arasında cavab oyunu avqustun 4-də Bakıda keçiriləcək.