İDMAN


UEFA Avropa Liqası: “Qəbələ” “Maynts” klubunu qəbul edəcək

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da “Qəbələ” klubu UEFA Avroliqanın qrup mərhələsi çərçivəsində II turun qarşılaşmasına çıxacaq.

AZƏRTAC xəbər verir ki, “C” qrupunda yer alan təmsilçimizin ilk ev oyununda rəqibi Almaniyanın “Maynts” klubu olacaq. Saat 19:00-da 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək matçı Litvadan olan hakimlər idarə edəcək.

Roman Qriqorçukun rəhbərlik etdiyi komanda ilk görüşdə Belçikanın “Anderlext” klubuna 1:3 hesabı ilə məğlub olub. “Qəbələ” ilk turdan sonra qrupun sonuncu pilləsində qərarlaşıb.

Təmsilçimiz bu görüşə itkilərlə çıxacaq. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri vacib qarşılaşmada komandasına kömək edə bilməyəcəklər.

Qrupun paralel oyununda isə Fransa “Sent Etyen”i evdə “Anderlext”lə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.