İDMAN


UEFA Avropa Liqası: “Qəbələ” klubu Avroliqada mübarizəni dayandırıb

Bakı, 3 avqust, AZƏRTAC

“Qəbələ” klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Yunanıstanın “Panatinaikos” komandası ilə “Bakcell Arena”da qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, İngiltərədən olan hakimlər briqadasının idarə etdiyi “Qəbələ”-“Panatinaikos” oyununun ilk hissəsi hər iki komandanın cəhdlərinə baxmayaraq, 0:0 hesabı ilə başa çatıb. Birinci hissənin 18-ci dəqiqəsində “Qəbələ”nin heyətində İlqar Qurbanovun təhlükəli cərimə zərbəsini rəqib qapıçı dəf edib. Görüşün 43-cü dəqiqəsində komandamızın heyətində Deyvi Bultyuz, iki dəqiqə sonra isə Dion Malone real qol imkanları əldə etsələr də bundan yararlana bilməyiblər.

İkinci hissədə daha fəal başlayan “Qəbələ” klubu “Panatinaikos” ilə oyunda hesabı açıb. Topu 53-cü dəqiqədə komandamızın üzvü Steven Jozef-Monrozun ötürməsindən sonra Yunanıstan təmsilçisinin futbolçusu Rodriqo Moledo öz qapısından keçirib - 1:0. Bundan 10 dəqiqə sonra oyunda hesab bərabərləşib. Yunanıstan komandasının heyətində yarımmüdafiəçi Robin Lod fərqlənib - 1:1. Altmış altıncı dəqiqədə “Panatinaikos” “Qəbələ” ilə oyunda hesabda irəli çıxıb - Yunanıstan klubunda sonradan meydana çıxan Braian Kabazes hesabı artırıb-1:2. Görüş bu hesabla başa çatıb.

Komandalar arasında bir həftə əvvəl Afinada təşkil olunmuş ilk matç 1:0 hesabı ilə rəqibin xeyrinə yekunlaşdığından Yunanıstan təmsilçisi iki oyunun nəticəsinə görə “Qəbələ” klubundan 3:1 hesabı ilə üstün olaraq, Avroliqanın pley-off mərhələsinə yüksəlib. Beləliklə, “Qəbələ” klubu Avrokuboklarda mübarizəni dayandırıb.

Xatırladaq ki, Azərbaycan çempionatının gümüş mükafatçısı ikinci təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubunu mübarizədən kənarlaşdırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.