İDMAN


UEFA Avropa Liqası: “Qəbələ” klubu səfərdə “Panatinaikos” komandası ilə qarşılaşır

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununu keçirir.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Afinadakı “Apostolos Nikolaidis” stadionunda Yunanıstanın “Panatinaikos” komandası ilə qarşılaşır.

“Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Voyslav Stankoviç, Baqali Dabo, Endryu Hellidey, Cavid Hüseynov, Vitali Vernidub, Dion Malone, İlqar Qurbanov, Filip Ozobiç, Deyvi Bultyuz, Steven Jozef-Monroz yer alıblar.

Yunanıstan təmsilçisinin ilk onbirliyində meydana Odisseas Vlaxodimos, Omri Altman, Gilyerme Molins, Zeka, Robin Lod, Dmitres Korbelis, Niklas Hult, Dmitrios Kolovetsios, Rodriqo Moledo, Anastasios Çatziqiovanis, Usman Kulibali çıxıblar.

Görüşü İspaniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Xuan Martines Munueradır.

“Qırmızı-qaralar” Yunanıstan klubu ilə Afinadakı oyundan sərfəli nəticə ilə qayıtmağa çalışacaqlar. Bu komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda, “Bakcell Arena”da keçiriləcək.

Azərbaycan çempionatının gümüş mükafatçısı iki oyunun nəticəsinə görə Yunanıstan təmsilçisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsinə yüksələcək.

Xatırladaq ki, iki il əvvəl bu komandalar zvroliqanın play-off mərhələsində üz-üzə gəliblər. Həmin mövsüm Roman Qriqorçukun baş məşqçisi olduğu kollektiv məhz səfərdə vurduğu qollar sayəsində tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ qazanmışdı - 0:0, 2:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.