İDMAN


UEFA Avropa Liqası: “Qəbələ” komandası “Lill”i məğlub edərək pley-offa yüksəlib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 4 avqust, Elşad Qəzvini, AZƏRTAC

Qarşılaşma "Qəbələ" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Lill"i mübarizədən kənarlaşdıran qəbələlilər UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıblar.

22:12

Matçın ilk hissəsi "Qəbələ"nin minimal üstünlüyü ilə başa çatıb.

Hazırda oyunda ikinci hissə oynanılır.

21:48

Oyunun 34-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Filip Ozobiç dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb - 1:0.

21:01

Avqustun 4-də “Qəbələ” futbol komandası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” “8-ci kilometr” qəsəbə stadionunda Fransanın “Lill” komandasını qəbul edir.

“Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rəşad Sadiqov (k), Nika Kvekveskiri, Sergey Zenyov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Baqali Dabo, Filip Ozobiç, Rikardinyo və Teo Uiks yer alıblar.

Lill komandasının ilk onbirliyində isə meydana Vinsent Enyeama, Sebastyan Korçia, Renato Çivelli, İbrahim Amadu, Munir Obbadi, Morqan Amalfitano, Erik Bautok, Yulian Palmieri, Markos Lopes, Eder və Adama Soumaoro çıxıblar.

Qarşılaşmanı Aleksey Yeskovun rəhbərliyi ilə rusiyalı hakimlər briqadası idarə edir.

Fransada keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.