İDMAN


UEFA Avropa Liqası: “Qəbələ” komandası Sloveniyanın “Maribor” klubunu qəbul edəcək

A+ A

Bakı, 18 avqust, AZƏRTAC 

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri oynanılacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” qrup mərhələsində təmsil olunmaq üçün ilk görüşünü keçirəcək.

Həlledici mübarizənin ilk “raund”unu evdə keçirəcək Roman Qriqorçukun yetirmələri Sloveniyanın “Maribor” klubu ilə üz-üzə gələcək.

Ötən mövsüm dörd təsnifat mərhələsi adlayan “Qəbələ” bu dəfə də eyni nəticəni gerçəkləşdirməyə yaxındır.

Təsnifat mərhələlərində evdə keçirdiyi hər üç qarşılaşmada qələbə qazanan “Qəbələ” bu dəfə də çətin səfərdən öncə sərfəli nəticə əldə etməlidir.

İlk dəfə avrokubok matçını “Dalğa Arena”da keçirəcək qəbələlilər yeni məkanında qalibiyyətlə yadda qala bilər.

“Qəbələ” – “Maribor” (Sloveniya) matçına saat 21:00-da start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.