İDMAN


UEFA Avropa Liqası: “Qəbələ” qrup mərhələsində ilk matçına çıxacaq

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC 

“Qəbələ” komandası UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda - sentyabrın 15-də səfərdə Belçikanın “Anderlext” komandası ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Roman Qriqorçukun yetirmələri səfərə itki ilə yollanıblar. Təsnifat mərhələsində məhsuldar oyunu ilə seçilən Teo Uiks cəza səbəbindən komandasına kömək edə bilməyəcək. Onun əvəzində yeni transfer olan Ruslan Qurbanov forma geyəcək.

Bundan əvvəl Azərbaycan iki klubu – “Neftçi” və “Qarabağ” ilə qarşılaşan belçikalılar hər iki komandamıza Bakıda uduzsa da, öz meydanında qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.