İDMAN


UEFA Avropa Liqası: “Qəbələ”dən minimal hesablı məğlubiyyət [YENİLƏNİB]

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də “Qəbələ” komandası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində üçüncü turun qarşılaşmasına çıxıb.

AZƏRTAC xəbər verir ki, “C” qrupunda mübarizə aparan təmsilçimiz səfər matçında “Joffrua Qişar” stadionunda Fransanın “Sent-Etyen” klubu ilə qarşılaşıb və rəqibinə minimal hesabla məğlub olub. Yeganə qolu “Qəbələ”nin futbolçusu Rikardinyo öz qapısından keçirib.

Görüşü Ali Palabıyıkın rəhbərliyi ilə türkiyəli hakimlər briqadası idarə edib. Ona Cem Satman və Əkrəm Kan kömək ediblər.

Matçda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Sergey Zenyov, Ruslan Qurbanov, Asif Məmmədov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Filip Ozobiç, Rikardinyo, Urfan Abbasov və Teo Uiks yer alıblar.

Fransa təmsilçisinin ilk onbirliyində isə Cesi Mulin, Kevin Teofil Katrin, Noaln Ru, Usama Tannane, Henri Saive, Şeyx Mbengi, Cordan Veretut, Ole Selnaes, Florentin Poqba, Kevin Mone Pake və Loik Perrin meydana çıxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.