İDMAN
UEFA Avropa Liqası: “Zirə” komandası Rumıniyanın “Astra” klubunu qəbul edəcək
Bakı, 20 iyul, AZƏRTAC
Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Astra” (Rumıniya) ilə qarşılaşacaq.
“Dalğa Arena”da keçiriləcək matçı gürcüstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Georgi Vadaçkoria olacaq. Ona həmyerliləri Zaza Menteşaşvili və Giorgi Elikaşvili kömək edəcəklər. Dördüncü hakim funksiyasını Georgi Kikaçeişvili yerinə yetirəcək.
Qarşılaşmanın UEFA nümayəndəsi estoniyalı Tarqo Kaldoya, hakim-inspektoru isə rusiyalı Sergey Zuyev olacaq.
“Zirə”-“Astra” oyunu saat 21:00-da başlayacaq.
Komandalar arasında bir həftə əvvəl Rumıniyada təşkil olunan birinci matçda “Astra” 3:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]