İDMAN


UEFA Avropa Liqası: finalda “Ayaks”la “Mançester Yunayted” qarşılaşacaq

Bakı, 12 may, AZƏRTAC

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk oyunda səfərdə “Ayaks”a 4:1 hesabı ilə məğlub olan “Lion”u doğma meydandakı 3:1 hesablı qələbə də xilas etməyib. Hollandiyalılar azlıqda qalsalar da, sona qədər əzmkar oyun nümayiş etdirərək, finala çıxıblar.

“Selta” üzərində İspaniyada 1:0 hesablı qələbə qazanan “Mançester Yunayted” isə bu dəfə rəqibini “Old Trafford”da qəbul edib və oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb. İki oyunun nəticəsinə görə “Mançester Yunayted” finala yüksəlib.

Beləliklə, mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena”da keçiriləcək final matçında “Mançester Yunayted”lə “Ayaks” üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.