İDMAN


UEFA Avropa Liqasında qrup mərhələsinin üçüncü turuna yekun vurulub

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC 

Oktyabrın 20-də UEFA Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib. Tur çərçivəsində 12 qrupda ümumilikdə 24 görüş oynanılıb.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı futbol azarkeşləri üçün maraqlı oyunlardan biri İngiltərənin Mançester şəhərində olub. “A” qrupunda Türkiyənin “Fənərbağça” klubunu qəbul edən “Mançester Yunayted” komandası 4:1 hesabı ilə qalib gəlib. Qrupun digər görüşündə isə Hollandiyada “Feyenoord” komandası “Zarya”nı (Ukrayna) 1:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə “Mançester Yunayted” və “Feyenoord” 6 xalla qrupda ilk iki pilləni bölüşür.

“Qəbələ”nin çıxış etdiyi “C” qrupunda “Anderlext” (Belçika)-“Maynts” (Almaniya) görüşündə qalib müəyyənləşməyib - 1:1. Fransada “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən “Sent-Etyen” xal ehtiyatını artırıb. Üç oyundan sonra “Anderlext”, “Sent-Etyen” və “Maynts”ın aktivində 5 xal var.

“Qarabağ”ın mübarizə apardığı “J” qrupunda isə “Fiorentina” (İtaliya) komandası Çexiyanın “Slovan Liberek” komandasının qonağı olub. Qarşılaşma Florensiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” isə Bakıda Yunanıstanın PAOK kollektivini 2:0 hesabı ilə məğlub edib. Bu qrupda xallarının sayını 7-yə çatdıran “Fiorentina” vahid liderdir. Hər birinin dörd xalı olan “Qarabağ” ikinci, PAOK isə üçüncüdür. “Slovan Liberek”in isə aktivində 1 xal var.

Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi “Konyaspor”–“Braqa” (Portuqaliya) matçında qalib müəyyənləşməyib - 1:1. “H” qrupunun digər görüşündə Ukraynanın “Şaxtyor” klubu ev oyununda Belçikanın “Gent” komandasını 5:0 hesabı ilə darmadağın edib.

Digər qruplarda aşağıdakı nəticələr qeydə alınıb:

“B” qrupu

“Olimpiakos” (Yunanıstan)–“Astana” (Qazaxıstan) - 4:1

“Yanq Boyz” (İsveçrə)-APOEL (Kipr) - 3:1

“D” qrupu

“AZ Alkmaar” (Hollandiya)–“Makkabi” (Təl-Əviv, İsrail) - 1:2

“Dundalk" (İrlandiya)–“Zenit” (Rusiya) - 1:2

“E” qrupu

“Roma” (İtaliya)–“Austriya” (Avstriya) - 3:3

“Viktoriya” (Çexiya)–“Astra” (Rumıniya) - 1:2

“F” qrupu

“Genk” (Belçika)–“Atletik” (İspaniya) - 2:0

“Rapid” (Avstriya)–“Sassuolo” (İtaliya) - 1:1

“G” qrupu

“Standart” (Belçika)–“Panatinaikos” (Yunanıstan) - 2:2

“Selta” (İspaniya)–“Ayaks” (Hollandiya) - 2:2

“I” qrupu

“Krasnodar” (Rusiya)–“Şalke” (Almaniya) - 0:1

“Zalsburq” (Avstriya)–“Nitsa” (Fransa) - 0:1

“K” qrupu

“İnter” (İtaliya)–“Southempton” (İngiltərə) - 1:0

“Hapoel” (Bir Şeva, İsrail)–“Sparta” (Çexiya) - 0:1

“L” qrupu

“Styaua” (Rumıniya)–“Sürix” (İsveçrə) - 1:1

“Osmanlıspor” (Türkiyə)–“Vilyarreal” (İspaniya) - 2:2

UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun oyunları noyabrın 3-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.