İDMAN
UEFA Avropa Liqasının dörddəbir finalçıları müəyyənləşib VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Martın 16-17-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin əsas favoritlərindən hesab olunan “Mançester Yunayted” klubu Rusiyanın “Rostov” komandasına minimal hesabla qalib gəlib. “Qırmızı şeytanlar” rəqiblərini Matanın 70-ci dəqiqədə vurduğu qolla məğlub edib.
Günün digər qarşılaşması isə Almaniyada keçirilib. Səfərdə “Şalke” ilə 1:1 hesablı heç-heçə edən Münxenqladbax “Borussiya”sı öz meydanında da rəqibini məğlub edə bilməyib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bu nəticə “Şalke”nin növbəti mərhələyə çıxmasına kifayət edib.
Digər oyunlar isə aşağıdakı kimi nəticələnib :
“Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 1:1, 4:1
“Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) - 1:2, 0:2
“Genk” – “Gent” (hər ikisi Belçika) - 5:2, 1:1
“Anderlext” (Belçika) – APOEL (Kipr) - 1:0, 1:0
“Ayaks” (Hollandiya) – “Kopenhagen” (Danimarka) - 1:2, 2:0
“Roma” (İtaliya) – “Lion” (Fransa) - 2:4, 2:1
Beləliklə, bu nəticələrdən sonra “Beşiktaş”, “Mançester Yunayted”, “Şalke”, “Ayaks”, “Lion”, “Anderlext”, “Selta” və “Genk” klubları dörddəbir finala yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]