İDMAN


UEFA Avropa Liqasının maliyyə xərcləri artırılacaq VİDEO

Bakı, 10 dekabr, AZƏRTAC

UEFA Avropa Liqasının maliyyə xərcləri 60 milyon avro artırılacaq.

AZƏRTAC xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasında bu barədə qərar qəbul olunub.

Qurumun prezidenti Aleksander Çeferinin təklifi ilə qitənin ikinci dərəcəli turnirinə Çempionlar Liqasından 50 milyon avro əlavə vəsaitlə yanaşı, təsnifat mərhələləri üçün 10 milyon avro da ayrılacaq.

Xatırladaq ki, cari mövsümdə Azərbaycan avrokuboklarda dörd komanda ilə təmsil olunub. Onlardan "Kəpəz"lə "Neftçi" mübarizəni Avroliqanın II təsnifat mərhələsində, "Qarabağ" və "Qəbələ" isə qrup mərhələsində dayandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.